Kanada Rusiyaya qarşı sanksiyaları genişləndirib.
“Report” xəbər verir ki, bu barədə məlumatı Kanadanın Xarici İşlər Nazirliyi yayıb.
Belə ki, Rusiyanın sənaye və ticarət naziri Anton Əlixanov və Təhlükəsiz İnternet Liqasının rəhbəri Yekaterina Mizulinaya qarşı sanksiyalar tətbiq edilib.
Həmçinin, “Pobeda” aviaşirkəti və bir sıra Rusiya KİV-ləri, o cümlədən “Rossiyskaya qazeta” da sanksiyalar siyahısına salınıb.