Ermənistan hərbçisinin güllələnmiş meyiti tapıldı

Ermənistan ordusunda müqavilə əsasında xidmət edən hərbçinin meyiti tapılıb.
Axar.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, iyunun 14-də saat 08:20-də hərbi hissələrdən birinin mühafizə olunan ərazisində müqaviləli hərbi qulluqçu Armen Qasparyanın güllə yarası almış meyiti aşkarlanıb.

Onun ölümünün hansı şəraitdə baş verdiyini aydınlaşdırmaq üçün araşdırma aparılır.