Rumıniya Rusiya nümayəndə heyətinin ATƏT-in toplantısında iştirakına icazə verməyib

Rumıniya Rusiyanın nümayəndə heyətinə ATƏT Parlament Assambleyasının iclasında iştirak üçün viza verməkdən imtina edib.

APA-nın “Deutsche Welle”yə istinadən xəbərinə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyindən məıumat verilib.

Bildirilib ki, buna səbəb Rusiyanın Ukraynaya qeyri-qanuni hərbi müdaxiləsidir.

Qeyd edək ki, Rusiya bundan qurumun Böyük Britaniya, Kanada, Ermənistan və Avstriyada təşkil olunan toplantılarına da buraxılmayıb.

Fərid Azəri