Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Rostov hadisələri ilə bağlı hesabat tələb edib

Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Rostov-na-Donudakı istintaq təcridxanasında girov götürülməsi ilə bağlı cinayət işi üzrə istintaqın ilkin nəticələrinə dair hesabat tələb edib.

APA xəbər verir ki, bu barədə TASS-a idarənin mətbuat xidməti məlumat verib.

“Rusiya İstintaq Komitəsinin sədri cinayət işinin istintaqının gedişini idarənin mərkəzi aparatında nəzarətə götürüb, həmçinin Rusiya İstintaq Komitəsinin Rostov vilayəti üzrə istintaq idarəsinin rəisi A.Q.Huadaya göstəriş verib ki, araşdırmanın ilkin nəticələri və müəyyən edilmiş hallar barədə hesabat təqdim etsin”, - məlumatda deyilir.