Ermənistan parlamentində Aİ-yə üzvlüyə dair dinləmələr keçiriləcək

İyunun 21-də Ermənistan Parlamentində ölkənin Avropa İttifaqına üzvlüyünə dair referendum ətrafında dinləmələr keçiriləcək.

APA-nın yerli mətbuata istinadən xəbərinə görə, bununla əlaqədar Parlamentin Avropaya İnteqrasiya üzrə Daimi Komissiyasının növbədənkənar iclası çağrılıb.

Qeyd edək ki, referendum təklifi ilə “Respublika”, “Xristian-Demokrat”, “Respublika Uğrunda” və Ermənistanın Avropa Partiyası çıxış edib.