ABŞ: Ermənistanın güclü olması üçün…

Biz Ermənistanla münasibətlərdə yeni iqtisadi imkanların araşdırılmasına sadiqik.

Axar.az xəbər bu barədə ABŞ Dövlət Departamentinin kommersiya və biznes məsələləri üzrə xüsusi nümayəndəsi Sara Morqentau bildirib.

“Biz sabit, qarşılıqlı faydalı münasibətlər istəyirik, bizim artıq güclü iqtisadi əlaqələrimiz var. Mövcud uğuru daha da nəzərə çarpan etmək üçün buradayıq. Dövlət katibi Entoni Blinkenin dediyi kimi, biz Ermənistanın güclü, müstəqil və qonşuları ilə sülh şəraitində olmasını istəyirik. ABŞ Ermənistanla ticarət və investisiyalar vasitəsilə iqtisadi əlaqələri gücləndirmək niyyətindəyik. Növbəti bir neçə gün ərzində mən gələcək rifahımız üçün daha hansı yolların ola biləcəyini aydınlaşdırmağa çalışacağam”, - ABŞ rəsmisi qeyd edib.