Qara dənizdə selik yayılır 

Düzcenin Qara dənizə sahili olan Akçakoca rayonunda dənizdə selik əmələ gəlməsi diqqət çəkib.
Sherg.az” türk mediasına istinadən xəbər verir ki, son illərdə Marmara dənizində tez-tez görülən dəniz tüpürcəyi olaraq da bilinən selik, Qara dənizdə də görülüb. Mavi bayraqlı çimərlikləri ilə tanınan Akçakocanın liman bölgələrində seliklilik müşahidə edilib. Tətil üçün Akçakocaya gələn tətilçilər çimərliklərdə mavi sular yerinə ağ yapışqan dəniz tüpürcəkləri ilə qarşılaşıblar. Daha çox liman bölgəsində görülən seliyin küləklə birlikdə Akçakoca sahil zolağına da yayıldığı öyrənilib və mövzu ilə bağlı araşdırma başladılıb.