Ukrayna sülh sammitində Türkiyənin mövqeyi… - Kreml

İsveçrədə Ukrayna ilə bağlı konfransın kommünikesini imzalayan Macarıstan, Serbiya və Türkiyənin mövqeyi onların Rusiya ilə münasibətlərini korlamayacaq.

Axar.az xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

“İsveçrədə keçirilən sammitdə bir çox ölkələr Ukraynanın Rusiyasız müzakirəsinin mənasızlığından danışıblar və Kreml bunu qeydə alıb”, - o bildirib.