Fərid Axundov: "Azərbaycan kapital bazarının gəlirliyi 100 dəfə arta bilər"
Yusif Nəzərli
14:06 18.06.2024
İqtisadiyyat
642
Azərbaycanın kapital bazarında investisiya şirkətlərinin gəlirliliyi 2,5 milyard manatadək arta bilər.
Bunu “Report”a açıqlamasında Bakı Fond Birjasının (BFB) Müşahidə Şurasının sədri Fərid Axundov deyib.
Onun sözlərinə görə, hazırda ölkənin fond bazarında təmsil olunan 12 investisiya şirkəti ildə ümumilikdə 25-30 milyon manat gəlir əldə edir: “Lakin 10 il ərzində bu rəqəmi 2,5 milyard manata çatdırmaq olar”.
Bu məqsədə nail olmaq üçün BFB-nin 2024-2026-cı illər üzrə Strateji İnkişaf Planında dövlət müəssisələri tərəfindən istiqraz emissiyasının artımının təşviq edilməsi, institusional istiqraz investorları bazası, kapital bazarları və investisiya məhsulları haqqında məlumatlılığın artırılması, korporativ istiqrazların emissiyasının təşviqi, fərdi investorlar üçün maarifləndirici tədbirlərin keçirilməsi, fərdi investorların fond bazarında iştirakını asanlaşdırmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Strategiya kapital bazarları vasitəsilə dövlət sektorunun maliyyələşdirilməsinin artırılmasını nəzərdə tutur. Eyni zamanda, istiqrazların həcmi üzrə proqnozlaşdırılan artım potensialı 1,3 milyard manat təşkil edir. Üç il ərzində institusional investorların iştirak potensialının 2,5 milyard manata çatacağı gözlənilir. Real sektorun kapital bazarları vasitəsilə maliyyələşdirilməsi korporativ istiqrazların həcmini 1,5 milyard manat artırmaq potensialına malikdir. Fərdi investorların proqnozlaşdırılan potensialı 280 milyon manat həcmində qiymətləndirilir. Fərdi investorların səhmlərin yerləşdirilməsinə yatıracağı investisiyaların həcmi 165 milyon manat, özəl müəssisələrin səhmləri bazarının kapitallaşdırılmasının həcmi isə 500 milyon manat nəzərdə tutulur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: Seçkilərdən sonra İranla razılaşma əldə edə biləcəyik
19:02 22.09.2026
Gündəm
Fitso AB-ni növbədənkənar sammitə çağırdı
18:37 22.09.2026
Gündəm
Danışa bilməyən xəstə beyin implantı ilə “Səni sevirəm” dedi
17:35 22.09.2026
Maraqlı
İran ABŞ blokadanı aradan qaldırsa, Hörmüzü 7 günə aça bilər
16:32 22.09.2026
Dünya
Xaçmazda oğurluq edən şəxs saxlanıldı
16:26 22.09.2026
Hadisə
Ukrayna ABŞ gəmilərini hədəfə aldı
16:22 22.09.2026
Dünya
Metronun bu stansiyalarına giriş sabahdan pulsuz olacaq
16:10 22.09.2026
İnfrastruktur
Türkiyədə heyrətamiz: Bir nəfər bankdan 45 milyard çıxartdı
15:43 22.09.2026
Hadisə
Bakıda marketlərdən bu məhsul yoxa çıxdı: Qiyməti artdı - FOTO
15:40 22.09.2026
Sosial
Peskov: Ukrayna üçün vəziyyət günü-gündən pisləşir
15:16 22.09.2026
Dünya
Azərbaycan İrana uçuşları dayandırıb?
14:53 22.09.2026
Aktual
İranı parçalamaq üçün etnik plan işə salındı
14:41 22.09.2026
Dünya