Rusiya XİN Ermənistanın Fransadan hücum silahları almasına münasibət bildirib

“Qərb silahlarının tədarükünün vəziyyəti yaxşılaşdıracağı region tanımıram”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ermənistanın Fransadan "Caesar" haubitsaları almaq planlarını şərh edərkən bildirib.

Qeyd edək ki, Ermənistan Fransa ilə "Ceasar" özüyeriyən haubitsaların alınmasına dair müqavilə imzalayıb.
Sənəd Ermənistan müdafiə nazirinin səfəri zamanı imzalanıb.