Vladimir Putin Vyetnamın paytaxtı Hanoya səfər edib

Rusiya prezidenti Vladimir Putin bu gün rəsmi səfər çərçivəsində Vyetnamın paytaxtı Hanoy şəhərinə gəlib.

APA xəbər verir ki, Putini Hanoy hava limanında bir sıra dövlət və hökumət rəsmiləri qarşılayıblar.

Səfər çərçivəsində Rusiya lideri ölkənin bütün ali rəhbərliyi - prezident To Lam, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Nquen Fu çonq, baş nazir Fam Min Tin və Milli Assambleyanın sədri ilə görüşəcək Çan Txan Manla görüşəcək.

Vyetnam tərəfi ilə danışıqlar zamanı ikitərəfli strateji tərəfdaşlıq məsələlərinin müzakirəsi planlaşdırılır.

Səfər çərçivəsində baş nazirin müavini Dmitri Çernışenko, xarici işlər naziri Sergey Lavrov və digər departament rəhbərləri və rəsmi şəxslər də Putini müşayət edirlər.