Qaluzin: Qərbin Cənubi Qafqaza dair mövqeyi region ölkələrinin maraqlarına uyğun olmayıb

"Qərbin Cənubi Qafqaza dair mövqeyi heç də hər zaman region ölkələrinin maraqlarına uyğun olmayıb".

APA "Sputnik-Armenia"ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

O vurğulayıb ki, hazırda Qərb dövlətləri Cənubi Qafqaza vəziyyəti gərginləşdirən anti-Rusiya gündəmi ilə daxil olmağa hazırlaşır:

"Hesab edirik ki, regional təhlükəsizlik bu bölgədə yerləşən dövlətlərin səyləri ilə effektiv formada təmin oluna bilər. Biz region ölkələrinin həm iqtisadi inteqrasiya baxımından istərsə də təhlükəsizlik məsələlərinə daha məsuliyyətli yanaşmasının tərəfdarıyıq".