Rusiya yaxın vaxtlarda Qafanda Baş konsulluq açmağı planlaşdırır

“Yaxın vaxtlarda Ermənistanın Qafan şəhərində Baş konsulluğun açılmasını planlaşdırırıq”.

APA-nın TASS-a istinadən xəbərinə görə, bunu Rusiya xarici işlər nazirinin müavini Yevgeni İvanov deyib:

“Ermənistanla yanaşı, Maldivdə də Baş konsulluğun açılmasına qərar verilib. Hazırda İndoneziyanın Bali adasında da analoji statusda diplomatik nümayəndəliyin fəaliyyətə başlaması üçün işlər aparılır. Hazırda bu məqsədlə son dərəcə nəhəng təşkilati-texniki işlər aparılır”, – İvanov fikirlərini yekunlaşdırıb.