Qriqoryan Makronun köməkçisi ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Fransada səfərdə olan Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Fransa prezidenti Emmanuel Makronun köməkçisi Emmanuel Bonn ilə Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib.

APA-nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, görüş zamanı həmçinin münasibətlərin inkişafı, eləcə də ikitərəfli və beynəlxalq platformalarda əməkdaşlıq məsələləri nəzərdən keçirilib.