Qərb Putinin sülh təklifləri ilə bağlı Moskva ilə əlaqə saxlamayıb

Qərb Putinin Ukrayna sülh təklifləri ilə bağlı Moskva ilə əlaqə saxlamayıb.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentin köməkçisi Yuri Uşakov bildirib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin iyunun 14-də Xarici İşlər Nazirliyində kollegiya iclasında Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb. Putinin şərtlərinə görə, Ukrayna cəbhədəki reallığı qəbul etməli, qoşunlarını Donetsk, Luqansk, Xerson və Zaporojyedən çıxarmalı, həmin ərazilərin Rusiya Federasiyasının ərazisi olduğunu tanımalı və NATO-ya üzvlük planından imtina etməlidir.