ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) Suriyada İŞİD terror təşkilatının yüksək rütbəli üzvünün öldürüldüyünü açıqlayıb.
Sherg.az xəbər verir ki, İŞİD terror təşkilatının yüksək rütbəli rəsmilərindən olan Usamə Camal Məhəmməd İbrahim əl-Cənabinin İyunun 16-da Suriyada hava hücumu nəticəsində öldürüldüyü bildirilib.
“Onun ölümü terror təşkilatının hücumları üçün resursları təmin etmək və terror aktları həyata keçirmək imkanlarını pozacaq”, - deyə məlumatda bildirilir. Hava hücumunda mülki vətəndaşların zərər çəkmədiyi vurğulanıb.
Bildirilib ki, ABŞ əsgərləri İŞİD-in əməliyyat gücünü zəiflətmək üçün bölgədəki müttəfiqləri və tərəfdaşları ilə birgə əməliyyatları davam etdirəcəklər.