Makron özünü xilas etmək üçün istefaya hazırlaşır

Fransa Prezidenti Emmanuel Makron Olimpia Oyunlarına bir həftə qalmış istefa verə bilər.

Axar.az xəbər verir ki, bu barədə “Bellingcat” məlumat yayıb.

Nəşr qeyd edir ki, sağçı partiyanın Avropa Parlamentinə seçkidə qələbəsi və Fransada elan edilən növbədənkənar parlament seçkisi Makron üçün ciddi mənfi faktora çevrilib:

“Ölkə Olimpia Oyunlarına ev sahibliyi etməyə zəif hazırlanıb. Terror təhlükəsi oyunların bütün tarixi ərzində ən yüksək səviyyədədir. Bütün bunların fonunda Makron istefasını elan etməklə, bundan sonra baş verən hər şeyi ölkənin yeni hökumətinin üzərinə atıb özünü xilas etməyə cəhd edə bilər”.