Britaniyanın axtardığı killer qadın Ermənistanda saxlanılıb

Böyük Britaniya polisinin bir sıra sifarişli qətllərin törədilməsində ittiham edərək axtardığı Eymi Betro Ermənistanda tutulub.

APA-nın “Sputnik-Armenia”ya istinadən məlumatına görə, bu barədə Ermənistanın Daxili İşlər Nazirliyi xəbər yayıb.

Bildirilib ki, sifarişli qətllərlə yanaşı, qanunsuz silah saxlamaqda da təqsirləndirilən 44 yaşlı qadın Kotayk rayonu ərazisində saxlanılıb. Ermənistanın Baş Prokurorluğu və Böyük Britaniyanın hüquq-mühafizə orqanları faktla bağlı məlumatlandırılıb.