NATO-nun Ukraynanı qəbul etməyə "iştahı" yoxdur - Sikorski

NATO ölkələri Ukraynanı yaxın gələcəkdə alyansa qəbul etməyə meylli deyillər, çünki onlar onun adından hərbi əməliyyatlarda iştirak etmək niyyətləri yoxdur.

Axar.az xəbər verir ki, bunu Vaşinqtonda Amerika Sahibkarlıq İnstitutunda çıxışı zamanı Polşanın xarici işlər naziri Radoslav Sikorski deyib.

"NATO ölkələrinin indi bunu etməyə "iştahı" yoxdur", - polşalı diplomat bildirib.