Atəş quşları: Dimdikləri ilə qoca qitəni alova bürüyüb
 

Qlobal iqlim dəyişiklikləri qızmar istilərlə yanaşı, meşə yanğınlarına da səbəb olur. Son illər meşə yanğınları da geniş hal alıb. Yaşıllıqlar, faunası ilə - növbənöv heyvanlarla zəngin olan Avstraliyada da meşə yanğınları müntəzəm xarakter alır. Avstraliya hökuməti yanğınlarla mücadilə apararkən yerli xalq yanğınların başqa səbəbkarlarını da tapıb. Məlum olub ki, meşə yanğınlarına həm də quşlar səbəb olur.
 “Sherg.az” “Milliyet.com.tr”yə istinadən bidirir ki, zəngin təbiətə malik Avstraliyada meşə yanğınları əsl fəlakətdir. Hökumət necə davranacağını bilmir artıq. Bir yanda yanğınlar, bir yanda çeşidli heyvan, ağac növləri – hamısını qorumaq lazım gəlir. Meşə yanğınlarına insanların və təbiətin səbəb olduğu bəli idi. İndi isə üçüncü səbəbkar da tapılıb – quşlar! Bunu yerli xalq müəyyən edib. Avstraliyanın quzeyində yaşayan yerli xalq – aborigenlər apardıqları müşahidələr nəticəsində quşların qeyri-adi davranşlarını kəşf edib. Aborigenlərin “atəş quşları” adını verdiyi quşların yanğınlara səbəb olduğu bilinib. Bunlar 3 növ quşlardır – Qara Çaylaq (Milvus Migrans), Islıqçı Çaylak (Haliastur Sphenurus) və qəhvərəngli Doğan quşu (Falco Berigora). Bu quşlar yanğın çıxan bölgələrdə qatar-qatar uçuşur, od tutmuş ağac budaqlarını dimdikləri ilə kilometrlərlə uzağa – yanğın olmayan ərazilərə daşıyırlar. Bununla da yanğınları baqşa ərazilərə də yaymış olurlar. Amma quşlar niyə alovlu budaqları dimdikləri ilə daşıyır, məqsəd nədir? Yerli xalq müəyyən edib ki, quşlar bununla özlərini müdafiə edir. Odlu budaqları bir yerə toplayan quşlar həmin əraziyə başqa yırtıcı quşların, heyvanların gəlişini, yəni ovlanmaq ehtimallarını əngəlləmiş olurlar. Üstəlik, özləri ətrafdakı yemlərini daha asan əldə edirlər. Məsələn, sürünənləri daha rahat ovlaya bilirlər. Ehtimal edilir ki, atəş quşları bu davranışa minillərdir sahibdir və yerli xalq da bunu uzun zamandır bilir. Sadəcə onlar, atəş quşlarını təbiətin bir parçası hesab etdiklərindən davranışlarına mane olmamağı üstün tuturlar. Atəş quşları yanğın zamanı tələf olan kiçikhəcmli canlılarla qidalanır. Meşə yanğınları bir tərəfdən təbiətə zərər vurursa, bir tərəfdən də hansısa canlıların ehtiyacını təmin etmiş olur.