İrlandiyada ilanların yoxluğunun səbəbi MƏLUM OLUB

İrlandiya dünyada ilanların olmadığı azsaylı ölkələrdəndir. İslandiya və Qrenlandiya kimi burada da sürünənlərə rast gəlinmir.

AZƏRTAC xəbər verir ki, bu məsələ alimləri uzun müddət düşündürüb. Yerli əhali sürünənlərin yoxluğunu Müqəddəs Patrik adlı din xadiminin adı ilə bağlayır. Əfsanəyə görə, guya Müqəddəs Patrik adadakı bütün ilanları qovub. Lakin əfsanənin elmlə heç bir əlaqəsi yoxdur.

Uzunmüddətli tədqiqatlar nəticəsində məlum olub ki, buzlaşma dövründə İrlandiyada heç bir sürünənin yaşamaq şansı olmayıb. Sonradan buzlar əridikdə isə İrlandiya Avropa materikindən ayrılıb. Buna görə də əraziyə sürünənlərin miqrasiyası qeyri-mümkün olub.

Oxşar vəziyyət Yeni Zelandiyada da müşahidə olunur. Qrenlandiyada isə aşağı temperatur soyuqqanlı canlıların yaşamasına imkan vermir.