Tramp danışdı: Başımı azca sağa döndərməsəydim…

Mənə AR-15 silahından atəş açılıb və həkimlər sağ qalmağımı möcüzə adlandırırlar.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentliyinə namizəd Donald Tramp ona qarşı sui-qəsd cəhdi haqda “Nyu York Post”a danışarkən deyib.

“Xəstəxananın həkimi heç vaxt belə bir şey görmədiyini dedi, bunu möcüzə adlandırdı... Mən indi ölmüş olmalıydım”, - Tramp bildirib.

Onun sözlərinə görə, qanunsuz miqrantlarla bağlı məlumatları oxumaq üçün başını bir az sağa çevirməsəydi (monitoru görmək üçün – red.), vəziyyət daha faciəli bitə bilərdi.

O, hücumçunu bir güllə ilə məhv edən Məxfi Xidmətin işini fantastik adlandırıb:

“Onlar fantastik iş gördülər... Onu altının düz ortasından bir atəşlə öldürdülər”.

Qeyd edək ki, Tramp 13 iyulda Pensilvaniyada seçki mitinqi zamanı çıxış edərkən sui-qəsd cəhdinə məruz qalıb. Ona atılan güllə qulağını zədələyib.