Zurabişvilidən ilk: Bu qanunla bağlı iddia qaldırdı

Gürcüstan Prezidenti Salome Zurabişvili “Xarici təsirin şəffaflığı haqqında” qanuna qarşı ölkənin Konstitusiya Məhkəməsində iddia qaldırıb.

Axar.az xəbər verir ki, bu barədə dövlət başçısının parlament katibi Giorgi Msxiladze brifinqdə deyib.

O qeyd edib ki, Gürcüstan prezidenti ilk dəfə olaraq ölkənin Konstitusiya Məhkəməsinə iddia qaldırır:

“Qanun Gürcüstan Konstitusiyasının 78-ci maddəsi ilə ziddiyyət təşkil edir. Ona görə hakimiyyətin bütün qolları öz səlahiyyətləri daxilində respublikanın Avropa İttifaqına və NATO-ya inteqrasiyası üçün mümkün olan hər şeyi etməlidir. Parlament iddiada cavabdeh olacaq”.