Bayden yarışdan çıxmağının əsl səbəbini elan etdi

İnanıram ki, prezident kimi nailiyyətlərim, dünyadakı liderliyim, Amerikanın gələcəyinə baxışım ikinci müddətə layiqdir, lakin heç bir şey, heç nə, o cümlədən şəxsi ambisiya demokratiyamızın qorunmasına mane ola bilməz, ona görə də qərara gəldim ki, ən yaxşı yol estafeti yeni nəslə ötürməkdir, bu, xalqımızı birləşdirməyin ən yaxşı yoludur.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden deyib.

O, Amerika xalqına müraciətində bildirib ki, demokratiyanı qorumaq üçün yenidən seçilmək qərarından imtina edib.

Dövlət başçısı vurğulayıb ki, qalan 6 ayda diqqətini öz prezidentlik vəzifələrinə yönəldəcək, Ukraynaya yardım edən ölkələrin koalisiyasını və NATO-nu gücləndirməyə davam edəcək.

Bayden Qəzza zolağında hərbi əməliyyatların dayandırılması və bütün girovların azad edilməsinə nail olmaq niyyətini də ifadə edib. Prezidentin sözlərinə görə, o, 21-ci əsrdə ilk ABŞ prezidentidir ki, onun prezidentliyi dövründə ölkə dünyanın heç bir yerində müharibəyə cəlb olunmayıb.