Gürcüstanın bu ölkədəki səfirləri vəzifələrindən azad edildi

Gürcüstanın İsveçrə və Böyük Britaniyadakı səfirləri, həmçinin ölkənin BMT, NATO və Cenevrədəki digər beynəlxalq təşkilatlardakı nümayəndələri vəzifələrindən azad olunub.

Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze sərəncam imzalayıb.

Gürcüstan Xarici İşlər Nazirliyi bunu diplomatların səlahiyyət müddətinin başa çatması və planlaşdırılan rotasiya ilə əlaqədar olduğunu bildirib.