Fransanın sağyönümlü partiyası Makronu hədələyib

Sağyönümlü “Milli Birlik” partiyası solçu “Yeni Xalq Cəbhəsi” partiyasından baş nazir postuna istənilən namizədi bloklayacaq.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bunu sağçı partiyanın liderləri bildiriblər.
Agentliyin məlumatına görə, bu, Fransa Prezidenti Emmanuel Makronun mövcud siyasi böhranı həll etmək imkanlarını xeyli daraldır.
Bazar ertəsi “Milli Birlik” liderləri Marin Le Pen və Jordan Bardella iyul ayında qanunvericilik orqanına təyin etdiyi nəticəsiz növbədənkənar seçkilərin yaratdığı siyasi dalandan çıxmağa çalışan E.Makronla görüşüb.
Bir saat davam edən görüşdən sonra J.Bardella bildirib ki, Fransanın solyönümlü partiyaları ölkə üçün təhlükə yaradır və onun düşərgəsi dərhal hər hansı solçu baş nazirə etimadsızlıq votumu elan edəcək.
“Yeni Xalq Cəbhəsi”nin proqramı ictimai asayiş və təbii ki, ölkənin iqtisadi həyatı üçün təhlükə yaradır. Biz onu Fransa cəmiyyətini parçalayacaq hökumətdən qorumaq niyyətindəyik”, - o, jurnalistlərə söyləyib.