Türkiyə XİN Pakistanda törədilən terror aktını pisləyib

Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilən terror aktını pisləyib.
“Sherg.az” xəbər verir ki, bu barədə nazirliyin yaydığı bəyanatda bildirilib.
Bəyanatda hücumun şiddətlə pisləndiyi, həyatını itirənlərə Allahdan rəhmət, yaxınlarına başsağlığı verildiyi vurğulanıb.
“Türkiyə terrorla mübarizədə dost, qardaş Pakistan xalqı və hökuməti ilə tam həmrəydir”, - mətndə qeyd olunub.
Qeyd edək ki, Pakistanın Bəlucistan əyalətində yaraqlıların sərnişin avtobuslarına hücumu nəticəsində azı 51 nəfər ölüb.