Rus ordusu bu şəhərin 40 faizini ələ keçirdi

Rusiya ordusu Çasov Yar şəhərinin 40 faizinə nəzarət edir.

Axar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 24-cü əlahiddə motoatıcı briqadasının mətbuat xidməti məlumat yayıb.

“Şəhər tam ələ keçirilsə, düşmən Konstantinovka, Drujkovka, Kramatorsk və onların arasındakı logistik marşrut üzərində yerləşən yüksəklikdə taktiki üstünlük əldə edə bilər. Ruslar Donetsk vilayətini inzibati sərhədlər daxilində ələ keçirməklə planlarını da uğurla inkişaf etdirəcəklər”, - məlumatda qeyd olunub.