Ermənistanda keçmiş merin əmlakı müsadiə oluna bilər

Ermənistanın Baş Prokurorluğu Gümrü şəhərinin keçmiş meri Vardan Qukasyan və ailə üzvlərinə məxsus 5 milyon 780 min dollar dəyərində nağd pul vəsaiti və aktivlərin müsadirəsini tələb edir.

APA xəbər verir ki, bu barədə “Sputnik-Armenia” məlumat yayıb.

Bildirilib ki, söhbət onlara aid 17 daşınmaz əmlak, 2 ədəd avtomobil, qeyri-qanuni üsullarla əldə olunan qazancdan qalmış 11 min 654 ABŞ dolları, eləcə də müxtəlif banklarda saxlanılan vəsaitdən gedir.

Qeyd edək ki, V.Qukasyan və onunla əlaqəli şəxslər korrupsiya araşdırmaları çərçivəsində iyulun 24-də istintaq orqanına çağırılıblar.