KİV: İsrailin şimalında dron hücumu nəticəsində 20 nəfər yaralanıb

Livandan buraxılmış pilotsuz uçuş aparatının İsrailin şimalındakı Binyamin kəndi yaxınlığında düşməsi nəticəsində azı 20 nəfər xəsarət alıb.

“Report” xəbər verir ki, bu barədə “N12” telekanalı məlumat yayıb.

Bildirilib ki, azı səkkiz nəfər qəlpə yarası alıb, onlardan 3-nün vəziyyəti ağır qiymətləndirilir.

Telekanal qeyd edib ki, ərazidə hava hücumu xəbərdarlığı olmayıb.