Bakıda kişini baltalayıb zibil qutularının yanına atdılar

Bakının Nərimanov rayonunda 37 yaşlı kişi baltalanıb.

APA xəbər verir ki, hadisə Təbriz küçəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Azər Şaban oğlu İbrahimov qolundan və kürəyindən balta xəsarətləri alıb.

Küçədən keçən şəxslər onu zibil qutularının yanında aşkar edərək polisə məlumat verib.

A.İbrahimovun ağır yaralı halda tapılıb. Yaralı dərhal Kliniki Tibbi Mərkəzə çatdırılıb.

Verilən məlumata görə, o yaxınları ilə birlikdə restoranda yeyib-içdikdən sonra dava zamanı balta xəsarətləri alıb.

Faktla bağlı araşdırma aparılır.