İsrailli girov ailələri Netanyahunun danışmasına imkan verməyiblər: "Ayıb olsun!"

İsrailli girov ailələri baş nazir Benyamin Netanyahuya növbəti dəfə reaksiya verib.
Sherg.az xəbər verir ki, Etirazçılar Netanyahunun ötən il oktyabrın 7-də HƏMAS-ın İsrailin cənubuna hücumunda həyatını itirənlər üçün keçirilən mərasimdə çıxışına mane olublar.

Qüdsdə etirazçılar Netanyahunun sözünü kəsərək “Ayıb olsun!” şüarları səsləndiriblər. 

İsrailin baş naziri şüarlar zamanı qısa fasilədən sonra çıxışına davam edib.

Bir çox israilli hesab edir ki, Netanyahunu 2023-cü il oktyabrın 7-də HƏMAS-ın hücumuna səbəb olan uğursuzluqlarda günahlandırır və Qəzzada HƏMAS tərəfindən saxlanılan girovların hələ də azad edilməməsinə  görə məsuliyyət daşıdığını bildirir.

Oktyabrın 7-də HƏMAS-ın "Əqsa Tufan" əməliyyatı zamanı 1200 israilli ölüb, 250-si girov götürülüb.

O vaxtdan bəri İsrailin Qəzzaya qarşı davam edən hücumlarında 43 minə yaxın fələstinli həyatını itirib.