Rusiyanın canlı itkisi və müharibə xərci şok etdi

Rusiya Ukraynaya genişmiqyaslı işğala başlayandan bəri müharibəyə 200 milyard dollar xərcləyib.
Axar.az xəbər verir ki, bunu ABŞ müdafiə naziri Lloyd Ostin deyib.
Onun sözlərinə görə, bu müddət ərzində Rusiyanın canlı qüvvə itkiləri ən azı 700 min nəfər təşkil edib.
Pentaqon rəhbəri qeyd edib ki, son aylarda Rusiya ordusu Ukraynada hər gün 1000-ə qədər insan itirib.