61 illik Baas rejiminin süqutundan sonra Suriyanın Şişlidəki İstanbul Baş Konsulluğunda müxalifətin bayrağı asılıb.
Sherg.az xəbər verir ki, Suriyanın İstanbuldakı Baş Konsulluğunda bayraq dəyişikliyi olub.
Dünən işçilər tərəfindən baş konsulluğun eyvanından götürülən rejimin bayrağının yerinə müxalifət bayrağının asıldığı görünüb.
Səhər saatlarında bayrağın konsulluq işçiləri tərəfindən balkona asıldığı öyrənilib.