Zelenskinin Ofisi: Müharibə ərazi güzəştləri hesabına bitməməlidir

“Müharibə ərazi güzəştləri hesabına bitməməlidir”.

APA-nın “strana.ua”ya istinadən xəbərinə görə, bunu Ukraynanın Prezident Ofisi rəhbərinin müşaviri Mixail Podolyak deyib.

"Ukraynanın aydın şəkildə ifadə olunan mövqeyi ondan ibarətdir ki, heç kim müharibəni ölkəmizin ərazi güzəştləri hesabına və beynəlxalq hüquqa zidd şərtlər daxilində bitirə bilməz. Əgər beynəlxalq hüququn pozulması ilə razılaşacaqsınızsa, buyurun, bu barədə danışaq".

Prezident Ofisinin rəsmisi əlavə edib ki, atəşkəs Rusiyaya yeni müharibəyə hazırlaşmaq üçün vaxt qazandıracaq:

"Çünki Rusiya qarşısına qoyduğu məqsədləri sonuna qədər yerinə yetirməyib. Sözsüz ki, bu tapşırıqlar Donetsk və ya Luqanskın işğalından daha böyükdür. İndiyədək Ukrayna və Rusiyanın rəsmi mövqeyindən başqa müharibənin bitirilməsi ilə bağlı hər hansı təklif yoxdur".

Qeyd edək ki, bir müddət əvvəl ABŞ-nin yeni seçilmiş Prezidenti Donald Tramp tərəfləri atəşkəsə çağırıb. Mətbuat isə yazıb ki, onun komandası bu məqsədlə bir sıra təkliflərin üzərində işləyir.