
Bu məhz iqtisadiyyatın ağardılmasına xidmət edir -Ekspert
Yusif Nəzərli
12:43 02.01.2025
İqtisadiyyat
700
Bu gündən qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və qiymətli metallardan hazırlanmış məmulatların və mədəniyyət məhsullarının alqı-satqısı üzrə və rəsmi reyestrlərdə qeydiyyata alınmış daşınar əmlakın alqı-satqısı üzrə (avtomobil satışı istisna olmaqla) ümumi məbləği on beş min manatdan artıq olan ödənişləri nağdsız qaydada həyata keçirməyən vergi ödəyicilərinə maliyyə sanksiyası tətbiq edilir.
Bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişikliklərdə öz əksini tapıb.
Qanuna əsasən, həmin vergi ödəyicilərinə aparılan əməliyyatın ümumi məbləğinin təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq ediləcək.
Qanun bu gündən qüvvəyə minir.
İqtisadçı Eldəniz Əmirov “Sherg.az”a bildirib ki, ölkə iqtisadiyyatında son dönəmlər iqtisadiyyatın ağardılması istiqamətində müxtəlif tədbirlər həyata keçirilir:

“Bu tədbirlər sırasında ödənişlərin nağdsız qaydada həyata keçirilməsinin təşviq edilməsi birinci yerdə gəlir. Nağdsız ödənişlərin həcminin artırılması üçün müəyyən təşviqedici mexanizmlər həyata keçirilib. Eyni zamanda, icbari olaraq bununla bağlı müəyyən qaydalar yaradılıb. 15000 manatdan artıq olan ödənişlərin nağdsız qaydada həyata keçirilməsi ilə bağlı olan tələb də məhz iqtisadiyyatın ağardılmasına xidmət edir. Bu, şəffaflığın artırılmasına, aparılan ödənişlərin hesabatının doğru aparılmasına, vergi daxilolmalarının həcminin artırılmasına xidmət etmiş olur. Təbii olaraq özlüyündə kifayət qədər müsbət hal kimi qiymətləndirilə bilər. Çünki bu qanunsuz fəaliyyətin aşkarlanmasına, qarşısının alınmasına, məhdudlaşdırılmasına xidmət edən bir addımdır. Lakin bunun bir çox müsbət cəhətləri olduğu kimi, müəyyən mənfi tərəfləri də vardır. Mənfi tərəfləri orta sahibkarlar üçün müəyyən qədər yük yaratmasıdır. Yəni prosesin icra olunması üçün mövcud infrastrukturu olmayan və bu sahədə problemlər yaşanan bölgələrdə hesab edirəm ki, bu, müəyyən qədər problemlər yarada bilər. Digər tərəfdən düşünürəm ki, prosesə keçidlə bağlı müəyyən zaman verilsəydi, daha yaxşı olardı. Məsələn, elan olunardı ki, 2025-ci ilin iyulun 1 dən və yaxud da ki, ən azı altı ay, bir il öncədən bu qərar qəbul olunur. Elan olunur ki, filan müddətdən sonra bu keçid olacaq. Bu infrastrukturun yaradılmasına həm də psixoloji hazırlığın həyata keçirilməsinə daha müsbət təsir göstərə bilərdi. Həmçinin cərimələrin miqdarı ilkin dövrləri üçün çoxdur. Yəni hətta qərar qəbul edilsə belə, 2025-ci ildə bu cərimələrin miqdarı daha az ola bilərdi. 2026-cı ildə isə artıq artırıla bilərdi. Yəni bu hallarda adaptasiya prosesi üçün bu tip yanaşmaya ehtiyac var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm
Bakıda qardaş və bacı bir-birini bıçaqladı
20:30 01.09.2026
Hadisə
ŞƏT-də Azərbaycanla bağlı HESAB DƏYİŞİR - ŞƏRH
19:53 01.09.2026
Gündəm
“Trabzonspor” Fatih Tekke ilə yollarını ayırdı
19:43 01.09.2026
Futbol
Sülhün ən böyük təminatı imza yox, AÇIQ YOLLARDIR - TƏHLİL
19:35 01.09.2026
Gündəm