ABŞ-nin prezidenti Donald Tramp Kanadadan gələn mallara 25% rüsum tətbiq etmək qərarına gələrsə, onlar Rusiya və Çindən resurslar almalı olacaq.
Teleqraf.com xəbər verir ki, bu barədə Kanadanın baş naziri Castin Trüdo danışıb.
O, Kanadanın Şimali Amerikada təhlükəsiz iqtisadiyyat yaratmaq üçün Birləşmiş Ştatlarla işləməyə hazır olduğunu bildirib.
“Kanada onlara Rusiya, Çin və ya Venesueladan daha çox resurs təklif edir", - Trüdo deyib.
O, Kanadanın ABŞ-nin tariflərlə bağlı qərarına cavab verəcəyini vurğulayıb.