KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib
Yusif Nəzərli
16:26 05.02.2025
İqtisadiyyat
424
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclasında KOB-lar üçün yeni təşviq alətlərinin yaradılması müzakirə edilib.
Sherg.az bu barədə KOBİA-ya istinadən xəbər verir.
Məlumata görə, müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçirilən iclasda KOBİA-nın 2024-cü il ərzində fəaliyyətinə və 2025-ci ildə qarşıya qoyulmuş prioritet inkişaf istiqamətlərinə, eləcə də gündəlikdə duran digər məsələlərə dair dair təqdimatlar keçirilib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov müvafiq dövr ərzində KOB-ların inkişafına göstərilən dəstək tədbirləri, o cümlədən sahibkarların bilik və bacarıqlarının artırılması, maliyyə resurslarına və satış bazarlarına çıxışının genişləndirilməsi, KOB maraqlarının müdafiəsi istiqamətində görülmüş işlər barədə məlumat verib. Həmçinin, müasir çağırışlara uyğun olaraq bizneslərin ehtiyacları və mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla sahibkarlar üçün yeni təşviq alətlərinin yaradılması, xidmət infrastrukturunun inkişafı və rəqəmsallaşdırılması istiqamətində həyata keçirilməsi planlaşdırılan tədbirlər diqqətə çatdırılıb.
İclasda qeyd olunan istiqamətlər və digər məsələlərlə bağlı Müşahidə Şurası üzvlərinin fikirləri dinlənilib, müzakirələr aparılıb, müvafiq qərarlar qəbul edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi