
Sərxoş vəziyyətdə avtomobil idarə etmək çox təhlükəli bir ənənədir -Açıqlama
11:30 06.02.2025
Cəmiyyət
658
Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə profilaktik tədbirlər keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya verilən məlumata görə, spirtli içki və narkotik vasitənin təsiri altında avtomobil idarə edən 4, sürücülük hüququ olmadan sükan arxasına əyləşən 7 nəfər müəyyən olunaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb.
Bildirilib ki, bu istiqamətdə rayon ərazisində profilaktik tədbirlər davam etdirilir.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, sərxoş vəziyyətdə və narkotik vasitənin təsiri altında avtomobil idarə etmək çox təhlükəli bir ənənədir:

“Bu zaman insanın düşünmə, qavrama qabiliyyəti çox aşağı düşür və hadisələrə düzgün qiymət verə bilmədiyi üçün qəza riski qaçılmazdır. Həmişə sürücülərə tövsiyə edirik ki, belə hərəkətlərdən uzaq olsunlar. Çünki bu, ən təhlükəli, qayda pozuntularından biridir. Son dövrlər sərxoş vəziyyətdə avtomobil idarə edənlərin sayında bir azalmanın şahidi oluruq. Lakin narkotik vasitənin təsiri altında avtomobil idarə edənlərin sayı isə çoxalıb. Sanki narkotiki siqaret əvəzi istifadə edirlər. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı bu qədər mübarizə tədbirlərinin həyata keçirilməsinə baxmayaraq, narkomaniya azalmaq əvəzinə artır. Bu, çox dəhşətli bir göstərici və rəqəmdir. Hesab edirəm ki, bu istiqamətdə nəzarət tədbirləri güclənməlidir. Bir çox ölkələrdə belə sürücülərə qarşı çox sərt cəzalar tətbiq olunur, avtomobili əlindən alınır, sürücülük hüququ məhdudlaşdırılır. Yəni iki dəfə, üç dəfə tutulandan sonra artıq ömürlük sürücülük hüququndan məhrum edilmə var. Avtomobili üç ay cərimə meydançasında saxlayırlar ki, sən üç ay, ümumiyyətlə maşın üzü görməməlisən. Bizdə o cəzalar hələ də yüngüldür. Yəni adam təkrar cəza törədəndə, spirtli içkinin təsiri altında təkrar tutulanda, yenə də onun cəzası yüngüldür. Daha ağır, daha tutarlı sanksiyalar tətbiq etmək lazımdır ki, bundan nəticə çıxarsınlar. Bu gün isə nəticə çıxarmaq üçün onlara yaxşı dərs verilmir. Dərs yaxşı olsaydı, nəticə belə olmazdı”.
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi