
Uzun boylu insanların ömrü daha qısa olur - TƏƏCCÜBLÜ ARAŞDIRMA
Yusif Nəzərli
23:09 15.03.2025
Sağlamlıq
651
Son araşdırmalar göstərib ki, uzun boylu olmaq sağlamlığa mənfi təsir göstərir.
Sherg.az xəbər verir ki, 1992-ci ildə bioloji antropoloq Tomas Samaras Ümumdünya Səhiyyə Təşkilatının bülletenində uzun boylu insanların daha qısa ömür sürdüyünü iddia edən bir araşdırma dərc edib.

Daily Mail-də yer alan xəbərə görə, uzun boynun xərçəng riskini artıra biləcəyinə dair tapıntıları təqdim edən Karolinska İnstitutu, boyda hər 10 sm artımda xərçəng riskinin qadınlarda yüzdə 18, kişilərdə isə yüzdə 11 faiz artdığını müəyyən edib. Bu vəziyyətin səbəbi uzun boylu insanların xərçəngə çevrilə bilən hüceyrələrinin daha çox olması ilə izah olunub.
Digər tərəfdən, uzun boylu kişilərdə də prostat xərçənginə tutulma riskinin artdığı müşahidə edilmişdir. Oksford Universiteti tərəfindən 2017-ci ildə aparılan bir araşdırma, orta boydan hər 10 santimetr (4 düym) yüksək olan kişilərdə aqressiv prostat xərçənginə tutulma riskinin 21 faiz artdığını göstərib.
Tədqiqatçılar iddia edirlər ki, uşağın boyunu qiymətləndirmək üçün valideynlərin boyuna baxmaq lazımdır. Məsələn, uşağın anası 1,67 m, atası isə 1,78 m-dirsə, uşağın boyu böyük ehtimalla 1,78 m civarında olacaq, lakin bu nəticə cinsinə görə dəyişə bilər. Oğlanların boyu hesablanarkən təxminən 6 sm əlavə edilir, qızların boyu üçün isə eyni dərəcədə azaldılır. Bu hesablama 1969-cu ildə məşhur ingilis antropoloqu və pediatrı professor Ceyms Murilyan Tanner tərəfindən hazırlanmış Tanner şkalası əsasında aparılsa da, genetik faktorlar hər şey deyil. Boyda qidalanma, hormonlar və ətraf mühit kimi faktorlar da mühüm rol oynayır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya