Meloni: "Avropa ölkələri Ukraynaya qoşun göndərmədən əvvəl ehtiyatlı olmalıdır"

Avropa İttifaqına üzv ölkələr qoşunlarını Ukraynaya göndərmə qərarı vermədən əvvəl ehtiyatlı olmalıdırlar.

Teleqraf xəbər verir ki, bu barədə İtaliya Baş naziri Corciya Meloni bildirib.

"Avropa ölkələri qoşunlarının Ukraynaya göndərilməsini Rusiya təhdid kimi qəbul edə bilər",- o qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov martın 12-də bildirib ki, NATO ölkələrinin qoşunlarının Ukrayna torpağında hər hansı bir bayraq altında və ya hər hansı bir formada iştirakı Rusiya üçün təhdiddir. Onun sözlərinə görə, Moskva bunu heç bir şərtlə qəbul etməyəcək.