Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 838-ə, yaralıların sayı isə 1670-ə çatıb- YENİLƏNİB-3
Yusif Nəzərli
05:12 29.03.2025
Dünya
380
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 838-i keçib.
APA xəbər verir ki, bu haqda BBC məlumat yayıb.
***
07:21
Myanmada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 694 nəfərə çatıb.
APA xəbər verir ki, bu haqda “France-Presse” agentliyi məlumat verib.
Məlumata görə zəlzələ nəticəsində yaralananların sayı isə 1670 nəfərə çatıb.
***
18:48
Myanmada baş verən zəlzələ nəticəsində azı 144 nəfər ölüb.
APA xəbər verir ki bu barədə AFP məlumat yayıb.
Zəlzələ nəticəsində 732 nəfər isə yaralanıb.
Sayın artacağı ehtimal olunur.
Bu gün Myanmada 7,7 və 6,4 bal gücündə ardıcıl iki zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda da hiss olunub.
Banqkokda baş verən güclü zəlzələnin nəticəsində həyatını itirənlərin sayı 8 nəfərə yüksəlib.
14:33
Myanmada baş verən güclü zəlzələ nəticəsində ən azı 20 nəfər ölüb.
APA xəbər verir ki, dağıntılar altında qalan insanların xilasetmə işləri davam edir.
Zəlzələ Myanmanın Taunqu şəhərində monastırın uçmasına səbəb olub, nəticədə beş köçkün uşaq həyatını itirib. Mandalay bölgəsindəki Şve Pho Şinq məscidində isə cümə namazı zamanı baş verən dağıntı nəticəsində ən azı 20 nəfər həlak olub.
Mandalaydakı tarixi Ava körpüsünün də zəlzələ zamanı dağıldığı, tarixi Mandalay sarayının isə zədələndiyi bildirilir.
Qeyd edək ki, Myanmada 7, 7 və 6,4 bal gücündə iki zəlzələ baş verib. Yeraltı təkanlar Çin, Tailand və Vyetnamda hiss olunub.
Tailandda güclü zəlzələ nəticəsində ölənlərin sayı 3-ə yüksəlib, 81 nəfər dağıntılar altında qalıb. Ölkədə fövqəladə vəziyyət elan edilib.
Xilasetmə işləri davam edir, ölənlərin sayının artacağı ehtimal olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi