
Qafqazda güc balansı: Türkiyə və ABŞ sülh müqaviləsində necə rol oynayacaq?
Yusif Nəzərli
09:13 29.03.2025
Cənubi Qafqaz
470
Türkiyənin xarici işlər naziri Hakan Fidan Vaşinqtonda ABŞ dövlət katibi Marko Rubio ilə görüşüb. Məlumata görə, görüş əsnasında Azərbaycan və Ermənistan arasında sülh prosesi müzakirə olunub. Təmaslar zamanı hər iki tərəfin müdafiə sənayesi sahəsində əməkdaşlığa maneələrin aradan qaldırılması üçün siyasi iradəsini açıq şəkildə nümayiş etdirdiyi və mövcud problemlərin həlli üçün texniki görüşlərin keçiriləcəyi bildirilib. Tərəflər Suriya administrasiyası ilə əlaqənin vacibliyini vurğulayıblar. Suriyada sabitliyin təmin edilməsi və terrorla mübarizədə qətiyyət ifadə edilib. Qəzzada daimi atəşkəsin yaradılmasının vacibliyi və bu məsələnin regional sülh üçün zəruri olduğu vurğulanıb. Rusiya və Ukrayna arasında atəşkəsə nail olmaq səyləri müzakirə edilib. ABŞ-ın bununla bağlı səylərinin dəstəkləndiyi bildirilib. Qarşıdakı dövrdə dövlət başçısı səviyyəsində həyata keçiriləcək səfərlərlə bağlı işlər müzakirə edilib.
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında deyib ki, Ermənistanın möhtac olduğu və ən çox ehtiyac duyduğu ölkə məhz Türkiyədir.
Ekspert vurğulayıb ki, Qərb dünyasının təhlükəslik çətiri Ermənistan üçün işləmir:

"Belə bir təhlükəsizlik təminatını heç bir ölkə İrəvana vermir və verməyəcək. Ona görə də Ermənistanın gələcək perspektivi bilavasitə Azərbaycanla sülh sazişini imzalamaqdan keçir. Həmçinjn, qardaş Türkiyə ilə normal münasibətlərin qurulmasından və sərhədlərin açılmasından asılıdır. Ermənistanda bunu yaxşı anlayırlar. Əgər Ermənistan Türkiyənin könlünü almaq etmək istəyirsə, qondarma "soyqırım" məsələsi və ərazi iddiaları aradan qaldırılmalıdır. Paralel olaraq Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi qardaş Türkiyədə imzalanar. Düşünürəm ki, bu, ən məntiqli və ədalətli gediş olardı. Sülh sənədini əslində müxtəlif məkanlarda imzalamaq mümkündür, amma bunu prinsipial məsələyə, qlobal güclər arasında yeni rəqabət ünsürünə çevirməyə ehtiyac yoxdur. Fikir verirsizsə, bir tərəfdən Rusiya qollarını çırmayıb. Kreml rəsmiləri sülh müqaviləsinin məhz Moskvada imzalanmasını istəyir. Hətta təkcə istəmir, bunu tələb edir. Son günlər Moskvadan Ermənistan rəhbərliyinə açıq təhdidləri sezirik. Eyni şeyi ABŞ haqqında da söyləmək olar. Son zamanlar ABŞ də artıq sülh müqaviləsindən danışmağa başlayıb. Türkiyə xarici işlər naziri Hakan Fidanla ABŞ dövlət katibi Rubio arasında görüşdə sülh məsələsi də müzakirə predmeti olub. Amerika rəsmisi Fidandan xahiş edib ki, Türkiyə sülh məsələsində ağırlığını daha çox ortaya qoysun. Bu çox əhəmiyyətli məqamdır. Çünki Türkiyə faktiki olaraq Cənubi Qafqazda mövcuddur. Proses bu cür davam edərsə, sülh sazişi Türkiyədə imzalanarsa, bu o deməkdir ki, Cənubi Qafqaz dolayısı ilə Türkiyənin təhlükəsizlik çətiri, geosiyasi nəzarəti altına veriləcək. Bu da türk dünyası adına çox müsbət hadisə olar".
Analitik erməni tərəfinin təxribatlarına da diqqət çəkib:
"Ermənistan hər dəfə atəşkəsi pozmaqla Azərbaycan-Ermənistan münaqişəsini beynəlxalq gündəmdə saxlamağa çalışır. Digər yandan, İrəvan hökuməti 2026-cı ildəki seçkikərə "ya müharibə, ya sülh" mesajı ilə gedəcək. Əslində atəşkəsin pozulması halları erməni toplumuna bir mesajdır ki, əgər hökumətin sülh prosesinə qarşı çıxsanız, bunun alternativi müharibənin, hərbi əməliyyatların yenidən başlanması deməkdir. Ermənistan cəmiyyəti "sülh və müharibə" seçimi ilə üz-üzədir. İrəvan hökuməti Bakının tələblərini yerinə yetirir, sonadək də bunu etmək məcburiyyətindədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Beyons məhkəməyə verildi
07:17 12.08.2026
Şou
0 şəkər, 0 kalori: Yaponlar onu hər gün içirlər
06:42 12.08.2026
Sağlamlıq
Messidən gözlənilməz qərar
06:06 12.08.2026
Futbol
Bruklin Bekhem xanımı ilə
04:14 12.08.2026
Şou
Arıqlamaq istəyənlərin nəzərinə
03:33 12.08.2026
Sağlamlıq
Rumıniya Qara dənizdə iki PUA-nı vurdu
02:54 12.08.2026
Dünya
Kriştianu Ronaldu və Corcina Rodriqes evləndilər
02:22 12.08.2026
İdman
Azərbaycan, ABŞ və Ermənistan rəsmiləri Vaşinqtonda görüşüb
01:01 12.08.2026
Siyasət
Gəncədə evdən yeniyetmə qızın meyiti tapılıb
00:17 12.08.2026
Hadisə
"Sabah" Avropa Liqasının əsas mərhələsini təmin etdi
23:56 11.08.2026
Futbol
İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib
22:47 11.08.2026
Rəsmi
Prezident Naxçıvan şəhərinin Baş Planı ilə tanış olub
22:30 11.08.2026
Rəsmi
Mahmud Abbas Ankarada: Ərdoğanla görüşəcək
22:21 11.08.2026
Dünya
"Naxçıvan" Mehmanxana Kompleksinin təməli qoyuldu
22:13 11.08.2026
Rəsmi
Prezident Döyüş bayraqlarının verilməsi mərasimində
22:06 11.08.2026
Rəsmi