Husilər Təl-Əviv aeroportuna yenə raket atdılar

Husilər Təl-Əvivin Ben Qurion hava limanına növbəti dəfə ballistik raket hücumu ediblər.

Axar.az xəbər verir ki, bu barədə husilərin nümayəndəsi Yəhya Səriya deyib.

“Raket Qüvvələri Yaffa rayonundakı Ben Qurion hava limanına “Zülfikar” ballistik raketlə vurub”, - Səriya bildirib.