Fransanın sağçı Milli Birlik Partiyasının lideri Marin Le Penə verilən hökm siyasi məqsədlər üçün ədliyyə sistemindən sui-istifadəni ifadə edir.
Axar.az xəbər verir ki, bunu amerikalı milyarder İlon Mask deyib.
“Radikal sollar demokratik seçkilərdə qalib gələ bilməyəndə, rəqiblərini həbs etmək üçün ədalət sistemindən sui-istifadə edir. Bu onların bütün dünyada standart texnikasıdır”, - Mask bildirib.