
Erməni xislətinə xas davranışlar: Atəşkəsin pozulması etimadsızlıq yaradır!
11:39 28.04.2025
Aktual
539
Aprelin 28-i saat 00:25-də Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
"Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb", məlumatda deyilir.
Politoloq Tural İrfan Sherg.az-a bildirib ki, Ermənistan ilə münasibətlərin nizama salınması üçün kifayət qədər işlər görülür və sülh prosesinə gedən yolda işlər yekunlaşmaq üzrədir:

"Ermənistan tərəfi boynuna düşən öhdəlikləri icra etməlidir. ATƏT-in Minsk qrupunun ləğvi və konstitusiya dəyişikliyi reallaşmalıdır. Ermənistan silahlanmanı davam etdirsə də sülhlə bağlı bəyanatları ümidvericidir. Məlumdur ki, uzun illərdir Ermənistanda ridikal qüvvələr təşəkkül tapıb, xarici dövlətərin təsirində olan, əsasən də Rusiya yönlü qüvvələr mövcud olub. Hazırda bu qüvvələr müxalifətdə olsa da hökumətin içində də var. Eyni zamanda hökumətin özü də bəzən ikili standartlara meylli və ayağı sürüşkən siyasət aparır. Atəşkəsin pozulmasında revanşist qüvvələrin təsiri böyükdür. Hakimiyyətin daxilində bəzi qüvvələrin də müəyyən maraqları ola bilər. Erməni xislətinə xas davranışlar sözsüz ki, danışıqlara da öz təsirini göstərir".
Politoloq əlavə edib ki, əgər Ermənistan hakimiyyəti bu cür davranışları adət halına gətirməkdən əl çəkməsə, hər dəfə fərqli bəhanələrlə davam etsə, Azərbaycan tərəfin müvafiq addım atması labüddür:
"Ancaq hesab edirəm ki, Ermənistan tərəfində müəyyən revanşist qüvvələr bu təxribatçı əməllərlə Paşinyan hakimiyyətinin sülhə doğru addımlarına zərbə vurmaq məqsədi ilə rəvac verə bilər. Ermənistan sülhə əməli şəkildə hazır olduğunu sübut etməlidir. Atəşkəsin pozulması etimadsızlıq yaradır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İstiqlalçı professor Hacıbaba Əzimov vəfat edib
20:36 16.05.2026
Gündəm
Türk dünyasında yeni dövr başlayır - TƏHLİL
20:19 16.05.2026
Gündəm
Moskvaya uçan 20 dron vurulub
19:53 16.05.2026
Dünya
Putin BƏƏ prezidenti ilə İran ətrafındakı böhranı müzakirə edib
19:22 16.05.2026
Dünya
Qlobal şərəf: O adı alan ilk türk alim olub
19:02 16.05.2026
Sağlamlıq
Pakistanın daxili işlər naziri İrana gedib
18:39 16.05.2026
Dünya
Fitso: Bu müharibənin nə vaxt bitəcəyini təxmin edə bilmirəm
18:25 16.05.2026
Dünya
Beynəlxalq Cinayət Məhkəməsi Putini mühakimə edə bilməz - ŞƏRH
18:09 16.05.2026
Dünya
AZAL hava şəraiti ilə əlaqədar Naxçıvana uçuşları təxirə salıb
17:54 16.05.2026
Hadisə
“Yeni Nostradamus”dan qorxulu proqnoz: “Qırılma xətti yaxınlaşır”
17:40 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
17:00 16.05.2026
Hadisə
Yaponiyada dərin dənizdə 38 yeni canlı növü kəşf edildi
16:50 16.05.2026
Maraqlı
Qəbələyə dolu yağır
16:47 16.05.2026
Ekologiya
Böyük Britaniya kralı Qarabağ atlarının şousunu izləyib
16:18 16.05.2026
Siyasət
İran Hörmüz boğazından təhlükəsiz keçid üçün yeni plan təqdim edib
14:57 16.05.2026
Dünya