Rusiya Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını ürəkdən arzulayır və belə bir sənədin hazırlanması və razılaşdırılması üçün hər iki tərəfə hərtərəfli yardım göstərməyə davam etməyə hazırdır.
Teleqraf xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov tarixi rus cənub torpaqlarına həsr olunmuş yüksək səviyyəli konfransda bildirib.
“Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi imzalanmalıdır – biz onlara bu işdə səmimi qəlbdən uğurlar arzulayırıq. Aydındır ki, bu müqavilənin mümkün olmasına Rusiya, Azərbaycan və Ermənistan arasında keçirilən bir neçə üçtərəfli sammit imkan yaradıb. Əgər hər iki tərəf maraqlı olarsa, biz bu prosesə dəstəyimizi davam etdirməyə hazırıq,- o qeyd edib.