İran-ABŞ danışıqlarının beşinci raundu başa çatıb - YENİLƏNİB

İran ABŞ danışıqlarının beşinci raundu başa çatıb.

APA xəbər verir ki, bu barədə Oman xarici işlər naziri Bədr Əlbusaidi bildirib.

"İran ABŞ danışıqlarının beşinci raundu bu gün Romada bəzi, lakin qəti olmayan irəliləyişlə başa çatıb. Ümid edirik ki, yaxın günlərdə qalan məsələlərə aydınlıq gətirək, davamlı və şərəfli razılığın əldə olunması kimi ümumi məqsədə doğru irəliləməyə imkan verək", - nazir qeyd edib.


***

15:58

İran və ABŞ arasında dolayı danışıqların beşinci raundu başlayıb.

APA xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Danışıqlar Omanın Romadakı səfirliyində keçirilir.

Qeyd edək ki, İran-ABŞ danışıqlarının əvvəlki raundları İtaliya və Omanda keçirilib.

Danışıqlara İran tərəfdən xarici işlər naziri Abbas Araqçi, ABŞ-dən isə Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir.