Dövlət Baxçalı: "Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır"
18:08 23.05.2025
Siyasət
536
MHP-nin (Milliyyətçi Hərəkat Partiyası) sədri Dövlət Baxçalı Prezident Rəcəb Tayyib Ərdoğanın Macarıstandan dönüşdə təyyarədə verdiyi açıqlamalara münasibət bildirib.
Sherg.az xəbər verir ki, yazılı bəyanatında Baxçalı bunları qeyd edib:
"Türkiyə Cümhuriyyətinin və Türk millətinin, yeni yüzilin yol xəritəsini müəyyən edən cənab Rəcəb Tayyib Ərdoğana çox ehtiyacı olduğu danılmaz tarixi və həyati bir həqiqətdir. Vətən və millət dərdi olan bir prezidentin öz yolundan dönmək haqqı yoxdur."
Dövlət Baxçalı bildirib ki, Türkiyə Cümhuriyyəti dövləti ilk dəfədir ki, bu qədər güclü bir yüksəliş tempinə nail olub. “Milli idealları iqtisadi və siyasi səviyyədə dərk edən, gələcək əsri düzgün oxuyan bir idarəetmə anlayışı formalaşıb. Gələcəyin böyük və super gücü olan Türkiyəyə doğru inamlı və prinsipal siyasi addımlar atılır. İstiqbal Türkiyənin və Türk millətinin olacaq. İstiqlal isə Cümhur İttifaqının xalqdan aldığı dəstək və dualarla qorunacaqdır,” – deyə o əlavə edib.
Dövlət Baxçalı, Prezident Ərdoğanın “Yenidən namizəd olmaq dərdim yoxdur” sözlərinə cavab olaraq bildirib:
“Cənab Prezidentimizin hələ çox xidmətləri olacaq. Tarixi geri çevirmək ağılsızlıqdır. Bu səbəbdən Macarıstan səfərinin sonunda verilən "mənim yenidən namizəd olmaq dərdim yoxdur" ifadəsi bizə görə nə ədalətli, nə də haqqa uyğun bir bəyanatdır. Türkiyə və Türk milləti üçün cənab Ərdoğanın varlığı əvəzolunmaz əhəmiyyət daşıyır. Xüsusilə bu günkü şərtlərdə nə ölkə daxilində, nə də bölgədə və dünyada bu mövqedən geri çəkilmək uyğun ola bilməz. Terrorun olmadığı bir Türkiyə üçün qarşıda qət ediləcək çox yol var.”
Baxçalı həmçinin, “Prezident Ərdoğanın atdığı ox hədəfinə çatmalıdır və bu yolda onun varlığı mütləqdir,” – deyə bildirib.
Prezident Rəcəb Tayyib Ərdoğan Macarıstandan dönüşdə təyyarədə jurnalistlərə verdiyi açıqlamada bunları demişdi:
“Yeni Konstitusiyanı özümüz üçün deyil, ölkəmiz üçün istəyirik. Mənim təkrar seçilmə, təkrar namizəd olma kimi bir dərdim yoxdur. Bizim dərdimiz ölkəmizin nüfuzunu daha da artırmaqdır.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropanın enerji xəritəsində Azərbaycanın çəkisi artır - ŞƏRH
20:20 13.11.2026
Gündəm
Azərbaycanda kirayə qiymətləri 6 %-ə yaxın artıb
20:07 13.11.2026
Sosial
Türkiyə və Qətər arasında "Qarşılıqlı Müdafiə Sazişi" imzalanıb
20:05 13.11.2026
Dünya
Tələbələrin fotolarını montaj edərək hədələyən şəxs saxlanıldı
19:56 13.11.2026
Hadisə
Teymur Hacıyev işdən çıxarıldı - Qərarla razı deyil
19:47 13.11.2026
Cəmiyyət
Sumqayıtda yol çökdü
19:21 13.11.2026
Hadisə
Danimarka Aİ ölkələrinə Ukrayna çağırışı edib
18:51 13.11.2026
Dünya
Azərbaycan hərbi bloklara qoşulmadan nüfuzunu artırır - Politoloq
18:46 13.11.2026
Gündəm
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
18:37 13.11.2026
Gündəm
Birdəfəlik sosial müavinətlərin ödəniləcəyi tarix açıqlandı
17:49 13.11.2026
Sosial
Aynur Elgünəş əməliyyat olunub
17:35 13.11.2026
Cəmiyyət
ASAN Xidmətin qarşısında hamilə qadın bıçaqlandı
17:27 13.11.2026
Hadisə
Milli Məclisdə gələn həftə dövlət büdcəsi müzakirə ediləcək
17:15 13.11.2026
Gündəm
Xalq artisti pensiyalarla bağlı narazılığını bildirdi
16:59 13.11.2026
Mədəniyyət