ABŞ kəşfiyyatı xəbərdarlıq edir: Rusiya ən azı ilin sonuna qədər döyüşməyə hazırdır!

ABŞ Müdafiə Kəşfiyyat Agentliyinin (DIA) May 2025 tarixli son "Qlobal Təhdid Qiymətləndirməsi"ndə Rusiya, Çindən sonra ikinci ən böyük təhlükə kimi göstərilib. 

Sherg.az Nexta-ya istinadən xəbər verir ki, qiymətləndirmədə Rusiya ilə bağlı əsas məqamlar bunlardır:

— Putin bu müharibəni mövcudluq məsələsi kimi görür;
— Ən azı 2025-ci ilin sonuna qədər döyüşməyə hazırdır;
— Məqsəd: Ukraynanı neytrallaşdırmaq və tamamilə dağıtmaq;
— Rusiya itkiləri: 700 min yaralı və ölü, onlardan 170 min nəfər ölüb;
— Kreml Qərbin dəstəyinin tükənəcəyinə ümid edir;
— NATO ilə birbaşa toqquşmadan yayınır, lakin Avropada diversiya, kiberhücumlar və sui-qəsd planları var.